Paşinyan Zaxarovanı aşağıladı:

Paşinyan Zaxarovanı aşağıladı: "Həmsöhbətim ola bilməz"

Hazırda oxunan: Paşinyan Zaxarovanı aşağıladı: "Həmsöhbətim ola bilməz"

137876

"Rusiya XİN-in hansı nümayəndəsinin belə açıqlama verdiyini bilmirəm, amma bilirəm ki, o qurumun əməkdaşı mənim həmsöhbətim ola bilməz. Həmsöhbətim Rusiya prezidenti və Rusiya baş naziridir". 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri  Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın bəyanatlarına münasibət bildirərkən deyib.

“Rusiya kimi hörmətli və dost bir ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimə münasibət bildirə bilməz, sadəcə qulaq asmalıdır”, – Paşinyan əlavə edib.

Xatırladaq ki, Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın "KTMT Ermənistanı tərk edib" fikrini şərh edib:

"Bütün bunların texniki cəhətdən necə baş verəcəyini başa düşmürəm. Bu sadəcə Ermənistanın KTMT-dən çıxması ilə bağlı söz yığınıdır. Həmin ifadələrin təhlükəsini anlamaq lazımdır. KTMT Ermənistandan necə çıxa bilər ki?  Hətta söhbətin nədən getdiyi aydın deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO