Trampın işi çətin olacaq: Ən güclü rəqibi də prezidentliyə namizəd oldu

Trampın işi çətin olacaq: Ən güclü rəqibi də prezidentliyə namizəd oldu

Hazırda oxunan: Trampın işi çətin olacaq: Ən güclü rəqibi də prezidentliyə namizəd oldu

137826

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini rəsmən elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Desantisin qərarı ABŞ Federal Seçki Komissiyasına rəsmi ərizə ilə müraciətindən sonra məlum olub. Onun bu gün iş adamı İlon Maskla onlayn formatda görüş keçirəcəyi və prezidentliyə namizədliyini açıq elan edəcəyi gözlənilir. 
Qeyd edək ki, 44 yaşlı Desantis 2019-cu ildən Florida ştatının qubernatorudur. 2013-2018-ci illərdə bu ştatdan ABŞ Nümayəndələr Palatasının üzvü olub.  

O, namizədlər arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampın ən ciddi rəqibi hesab olunur. 

Artıq Trampın özü, Cənubi Karolinadan respublikaçı senator Tim Skott, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson, iş adamları Vivek Ramasvami, Perri Conson və radio aparıcısı Larri Elder də daxil olmaqla bir neçə nəfər Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün mübarizə aparmaq niyyətində olduqlarını bəyan ediblər.  


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO