Rusiyadan Paşinyanın

Rusiyadan Paşinyanın "Qarabağ Azərbaycandır!" açıqlamasına REAKSİYA - VİDEO

Hazırda oxunan: Rusiyadan Paşinyanın "Qarabağ Azərbaycandır!" açıqlamasına REAKSİYA - VİDEO

137745

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın “Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır” bəyanatına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, bu cür bəyanatlar vermək Ermənistanın və onun xalqının səlahiyyətidir: 

“Biz Ermənistan Baş nazirinin bəyanatına 2020-ci ilin 7 oktyabr tarixində Praqa sammitində tutduqları mövqenin təsdiqi kimi baxırıq. O zaman birgə bəyanat qəbul olunmuşdu və həmin bəyanatda 1991-ci ilin Almatı Bəyannaməsinə istinad vardı. Hansı ki, həmin bəyannamədə seçmiş sovet respublikaları arasındakı sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır”. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO