SEPAH qüvvələri İranda daha bir gənci öldürdü

SEPAH qüvvələri İranda daha bir gənci öldürdü

Hazırda oxunan: SEPAH qüvvələri İranda daha bir gənci öldürdü

137721

İranın Xürrəmabad şəhərindən olan 35 yaşlı İman Hemmati Tehranda SEPAH terrorçu qüvvələrinin atəşi və çoxsaylı dəyənək zərbələri nəticəsində dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Guney Azfront” teleqram kanalı məlumat yayıb. 

Bildirilib ki, İman Hemmati siyasi məhbuslardan biri olan dostunun xəstəxanaya düşdüyünü öyrənib və onu ziyarət etmək üçün oraya yollanıb. İman xəstəxanaya gələrkən məmurlarla mübahisə edib və bu zaman hökumət qüvvələri onu əvvəlcə dəyənəklə döyüb, sonra tapança ilə başından vuraraq yerindəcə öldürüblər.

Dava zamanı Hemmatinin dostları - Məcid Rezai, Maşallah Muradcani, Əli Əmiri və Babək Kazemi adlı Xürrəmabaddan olan daha dörd nəfər repressiv agentlərin birbaşa atəşi nəticəsində ağır yaralanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO