Urmiyada duz qasırğası milyonlarla insanın köçünə SƏBƏB OLACAQ – VİDEO 

Urmiyada duz qasırğası milyonlarla insanın köçünə SƏBƏB OLACAQ – VİDEO 

Hazırda oxunan: Urmiyada duz qasırğası milyonlarla insanın köçünə SƏBƏB OLACAQ – VİDEO 

137710

"Urmiya gölünün quruması ilə 400 kilometr radiusda duz qasırğası yaranacaq. Göl quruyarsa, Təbrizdən və gölün çevrəsindəki şəhərlərdən 4 milyon nəfəri köçürməli olacağıq. Təbriz əhalisinin başqa yerə köçürülməsi üçün 500 milyard dollar vəsait lazımdır, belə bir imkanımız isə yoxdur. Lakin gölün bərpasına maksimum 1 milyard vəsait lazımdır”.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Ətraf Mühitin Qorunması Təşkilatının keçmiş sədri İsa Kələntəri açıqlama verib.

Kələntəri bildirib ki, göl quruyarsa, ondan törənən duz qasırğası ciddi fəsadlara səbəb olacaq:

“Gölün dibində 13 milyard ton duz var. Gölün canlanması ilə bağlı tədbirlər artırılmasa, İranda heç bir iqtidar milyonlarla insanın miqrasiyasına davam gətirə bilməyəcək”.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO