Borrell: “Aİ Ukraynanın ən böyük donorudur”

Borrell: “Aİ Ukraynanın ən böyük donorudur”

Hazırda oxunan: Borrell: “Aİ Ukraynanın ən böyük donorudur”

137625

Avropa İttifaqı (Aİ) Ukraynaya digərlərindən daha çox müxtəlif növ yardımlar göstərib, onun həcmi 65 milyard avronu keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib. 

“Bütün yardım növlərini - hərbi, mülki, iqtisadi, humanitar, maliyyə, qaçqınlara yardım – nəzərə alsaq, Aİ Ukraynanın ən böyük donorudur”, - deyə Aİ-nin rəsmisi bildirib. 

O qeyd edib ki, Aİ Kiyevə yardımı davam etdirəcək. Həmçinin xatırladıb ki, Aİ Ukraynaya növbəti makromaliyyə yardımı tranşı kimi 1,5 milyard avro ödəyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO