Amerikalı milyarder ikinci dəfə evlənir - FOTO

Amerikalı milyarder ikinci dəfə evlənir - FOTO

Hazırda oxunan: Amerikalı milyarder ikinci dəfə evlənir - FOTO

137537

Dünyanın ən varlı adamı və “Amazon”un yaradıcısı Ceff Bezos ikinci dəfə evlənir. 

Bizim.Media xəbər verir ki, o, jurnalist sevgilisi Lauren Sançezə yeni yaxtasında gəzinti zamanı evlilik təklifi edib.

Məlumata görə, Bezos ona brilyant qaşlı üzük hədiyyə edib.

Qeyd edək ki, Bezos daha əvvəl Makkenzi Skottla evli olub. Onların 25 illik evliliyindən dörd övladı dünyaya gəlib. Ayrılığa səbəb Bezosun ona L. Sançezlə xəyanət etməsi olub. 

Boşandıqdan sonra Bezos keçmiş xanımına “Amazon” səhmlərinin bir hissəsini verib, bu da Skottu dünyanın ən zəngin qadınlarından biri edib.

L. Sançez isə iki dəfə ailəli olub. Onun üç övladı var.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO