Ukrayna ordusu Rusiyanın 30-dan çox dronunu MƏHV ETDİ

Ukrayna ordusu Rusiyanın 30-dan çox dronunu MƏHV ETDİ

Hazırda oxunan: Ukrayna ordusu Rusiyanın 30-dan çox dronunu MƏHV ETDİ

137415

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində Rusiya ordusu Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə 20 raket zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, Baş Qərargahın səhər məlumatında Rusiya Silahlı Qüvvələrinin qanadlı raketlər, “İsgəndər-M” ballistik raketləri və S-300 zenit raketlərindən istifadə etdiyi bildirilir. 

Bundan əlavə, Rusiya ordusu Ukraynaya qarşı 48 “Şahed” kamikadze PUA-sı tətbiq edib.

Mayın 22-də Ukrayna hərbi aviasiyası düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, eləcə də zenit-raket komplekslərinə 2 zərbə endirib.

“Müdafiəçilərimiz son sutka ərzində 4 ədəd X-101/X-555 qanadlı raketini, bir Mi-24 hücum helikopterini, 23 “Şahed” dronu və 9 kəşfiyyat PUA-sını məhv ediblər”, - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO