Rusiyanın Belqorod vilayətində bu gündən antiterror rejimi elan olunub.
Bizim.Media xəbər verir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov Ukrayna diversiya-kəşfiyyat qrupunun sərhədyanı Qrayvoronsk dairəsinə daxil olması ilə əlaqədar antiterror rejimi elan edib.
Məlumata görə, hazırda üç yerli sakinin yaralandığı məlumdur. Bundan başqa, Belqorod vilayət administrasiyasının binasına, bir neçə evə mərmi zərbəsi dəyib.
Yerli mətbuatda Kozinka və Qlotovo yaşayış məntəqələrində atışma getməsi barədə xəbərlər yayılıb. Bu yaşayış məntəqələrində işıq və su kəsilib, sakinlər zirzəmilərdə gizlənib. İntensiv atışma səbəbindən dinc əhalini təxliyə etmək mümkün deyil.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:49 / 23.05.2023
Belqorodda antiterror rejimi elan olunub
Hazırda oxunan: Belqorodda antiterror rejimi elan olunub
Hazırda oxunan: Belqorodda antiterror rejimi elan olunub
137406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.