KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb - FOTO

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb - FOTO

Hazırda oxunan: KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb - FOTO

137400

Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. 

Bu barədə Bizim.Media-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib. 

Bildirilib ki, sənədə əsasən, hər iki ölkənin KOB subyektləri arasında müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və sahibkarlara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili məsələləri nəzərdə tutulur. 

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, "LitFOOD" İxracın Təşviqi Agentliyi və Litva İnnovasiyalar Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri ilə yanaşı, sənaye, maliyyə, tikinti, kənd təsərrüfatı, turizm, neft-kimya, əczaçılıq və İKT sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər. 
Forumda təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ölkəmizdə KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan və Litva KOB-ları arasında əməkdaşlıq imkanları barədə məlumat verib. 

Tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Litva İnnovasiyalar Agentliyinin nümayəndəsi İndre Balciunaite imzalayıblar. Memorandumda hər iki ölkənin kiçik və orta biznes subyektləri arasında müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat və KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbirlərin təşkili və s. kimi məsələlər nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO