Azərbaycanda Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi YEKUNLAŞDI 

Azərbaycanda Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi YEKUNLAŞDI 

Hazırda oxunan: Azərbaycanda Türkiyə Prezidenti seçkilərinin ikinci turunun səsverməsi YEKUNLAŞDI 

137393

Türkiyənin Bakıdakı səfirliyi ilə Naxçıvan və Gəncədəki baş konsulluqlarda Prezident seçkilərinin ikinci turu üçün 3 gün davam edən səsvermə prosesi saat 22:00-da başa çatdıqdan sonra qutular bağlanıb. 

Bizim.Media “TRT”yə istinadən xəbər verir ki, səslərin olduğu seçki bülletenləri və zərflər seçki qutularına qoyulub və seçki qutusu komissiyalarının üzvlərinin və onların müşahidəçilərinin nəzarəti altında möhürlənib. 

Səsvermə torbaları da diplomatik çantalara qoyularaq səfirlikdə saxlanılıb. Çantalar diplomatik kuryer vasitəsilə Türkiyəyə aparılacaq. Türkiyəli seçicilər Bakıda 9, Gəncədə 3, Naxçıvanda 3 olmaqla ümumilikdə 15 seçki qutusunda səs verib. 
Qeyd edək ki, Azərbaycanda 11 043 nəfər, Bakı səfirliyində 7 417, Gəncə konsulluğunda 2 277, Naxçıvan konsulluğunda isə 1 349 seçici qeydiyyatdadır. Azərbaycandakı türk seçicilərin 60,26 faizi birinci turda iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO