ABŞ-də döyülən Əhməd Obalının SON VƏZİYYƏTİ açıqlandı

ABŞ-də döyülən Əhməd Obalının SON VƏZİYYƏTİ açıqlandı

Hazırda oxunan: ABŞ-də döyülən Əhməd Obalının SON VƏZİYYƏTİ açıqlandı

137184

Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerika Birləşmiş Ştatlarında (ABŞ) mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı ABŞ-də vəhşicəsinə döyülüb.

Bizim.Media xəbər verir ki, bunu "Günaz.TV"nin Bakı ofsinin rəhbəri Araz Obalı apa.az-a açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Əhməd Obalını və oğlu Dənizi ABŞ-da ölümcül döydülər - FOTO


Onun sözlərinə görə, hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən bir gün sonra baş verib.

"Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hal-hazırda durumu orta-ağırdır. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik".

Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.

Araz Obalı onu da əlavə edib ki, polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib, ancaq onların sayı barədə məlumat verilməyib. Əhməd Obalınln qardaşı da insident barədə danışıb. O, Əhməd bəyin vəziyyətinin qənaətbəxş olduğunu deyib: "Həyati təhlükəsi yoxdur. Ümumi diaqnoz ondan ibarətdir ki, sağ əlinin barmaqları qırılıb. Əl və ayaqlarını hiss etmir. Həmçinin baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb. Fikrimizcə, boynunu sındırmağa cəhd ediblər", - deyə o bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO