Almaniyada iki rusiyalı jurnalist zəhərləndi - FOTO

Almaniyada iki rusiyalı jurnalist zəhərləndi - FOTO

Hazırda oxunan: Almaniyada iki rusiyalı jurnalist zəhərləndi - FOTO

137161

Almaniyada Mixail Xodorkovskinin təşkil etdiyi konfransda iki rusiyalı jurnalist zəhərlənib. Hazırda yerli polis baş verən insidenti araşdırır. İstintaqın gedişatı ilə bağlı hər hansı təfərrüat verilmir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Welt qəzeti yayıb.

Mənbə xatırladır ki, aprelin sonunda Berlində vəkil Yuri Şmidtin xatirəsinə insan haqları konfransı keçirilib. 

Nəşr yazır ki, zəhərlənənlərdən biri rusiyalı mühacirlərin ABŞ-da yaratdığı “Azad Rusiya” Fonduna rəhbərlik edən jurnalist Natalya Arnodur (Budayeva). O, Facebook səhifəsində aprelin sonu, mayın əvvəllərində nevropatik sindromlar keçirdiyini bildirib. 
Zəhərlənən ikinci jurnalistin adı açıqlanmır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO