İkinci turda xaricdə səs verən türkiyəlilərin sayı AÇIQLANDI

İkinci turda xaricdə səs verən türkiyəlilərin sayı AÇIQLANDI

Hazırda oxunan: İkinci turda xaricdə səs verən türkiyəlilərin sayı AÇIQLANDI

137152

Türkiyədəki prezident seçkilərinin ikinci turunda xaricdəki nümayəndəlik və gömrüklərdə dünən başlayan səsvermədə indiyədək 717 612 nəfər, o cümlədən 683 min 580-i xarici nümayəndəliklərdə (səfirlik, konsulluqlar və s.), 34 min 32-si isə gömrük qapılarında səs verib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Anadolu” ölkənin Ali Seçki Komissiyasından əldə edib.

Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrükdə isə mayın 28-i saat 17:00-dək (Bakı vaxtı ilə 18:00-dək) davam edəcək.

Qeyd edək ki, Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb. Mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb.

Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.

Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır. Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək.

Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Xatırladaq ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

"Ata" siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO