Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammitində iştirakı çərçivəsində Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Baydenlə görüşüb.
Bizim.Media xəbər verir ki, Ukrayna lideri ABŞ-ın 37 milyard dollardan çox maliyyə yardımına, həmçinin 375 milyon dollarlıq yeni hərbi yardım paketinə görə Baydenə təşəkkür edib.
“Xalqımızdan böyük təşəkkürlər. Mən şadam ki, bizim belə güclü münasibətlərimiz var”, - deyə Zelenski bildirib.
O, ABŞ prezidentinin beynəlxalq aviasiya koalisiyasına dəstək qərarını xüsusi qeyd edib.
Liderlər Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində gələcək əməkdaşlığı müzakirə ediblər.
Prezidentlər, həmçinin Ukraynanın yenidən qurulması və bərpası layihələri ətrafında da fikir mübadiləsi aparıblar.
Zelenski ayrıca Ukraynanın Avro-Atlantik inteqrasiyası və NATO-nun Vilnüs sammitinə hazırlıq məsələlərinə də toxunub. Dövlət başçısı Kiyevin Alyansa daxil olmasından əvvəl təhlükəsizlik təminatının alınmasının vacibliyini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:53 / 21.05.2023
Zelenski ilə Bayden arasındakı görüşün TƏFƏRRÜATI
Hazırda oxunan: Zelenski ilə Bayden arasındakı görüşün TƏFƏRRÜATI
Hazırda oxunan: Zelenski ilə Bayden arasındakı görüşün TƏFƏRRÜATI
137126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.