Böyük Britaniyanın Baş naziri Rişi Sunak Yaponiyada keçirilən G7 Sammiti çərçivəsində Ukrayna prezidenti Zelenski ilə görüşüb.
Bizim.Media baş nazirliyin ofisinə istinadən xəbər verir ki, Baş nazir Rişi Sunak Prezident Zelenskinin G7-yə səfərini tarixi bir məqam və Rusiyanın təcavüzünə qarşı beynəlxalq ictimaiyyətin Ukraynaya davamlı dəstəyinin nümayişi kimi alqışlayıb.
Rişi Sunak bir daha bəyan edib ki, Böyük Britaniya Ukraynaya müharibədə qalib gəlmək və ədalətli sülhü təmin etmək üçün lazım olan hərbi yardımı davam etdirəcək.
Liderlər G7 ölkələri və digər tərəfdaşlarla Ukraynaya dəstək,Rusiyanın sabitliyi pozan və qeyri-qanuni davranışlarına qarşı tədbirlər haqqında danışıqların irəliləyişini səbirsizliklə gözlədiklərini bildiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:37 / 21.05.2023
Rişi Sunak Zelenski ilə görüşdə: “Qalib gəlmək üçün hərbi yardımı göstərəcəyik”
Hazırda oxunan: Rişi Sunak Zelenski ilə görüşdə: “Qalib gəlmək üçün hərbi yardımı göstərəcəyik”
Hazırda oxunan: Rişi Sunak Zelenski ilə görüşdə: “Qalib gəlmək üçün hərbi yardımı göstərəcəyik”
137124
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.