Britaniyanın Baş naziri Çini qlobal təhlükəsizliyə təhdid adlandırdı

Britaniyanın Baş naziri Çini qlobal təhlükəsizliyə təhdid adlandırdı

Hazırda oxunan: Britaniyanın Baş naziri Çini qlobal təhlükəsizliyə təhdid adlandırdı

137110

Qlobal təhlükəsizliyə ən böyük təhlükə Çindir.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə bazar günü Böyük Britaniyanın Baş naziri Rişi Sunak Yeddilik Qrupunun (G7) Xirosimada keçirilən zirvə toplantısında bildirib.

"Böyük Yeddilik Çinə münasibətdə məqsəd vəhdətini nümayiş etdirdi. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışı təmsil edir", - Britaniya hökumətinin başçısı belə deyib.

O qeyd edib ki, Londonun bu məsələyə münasibəti müttəfiqlərin gördükləri ilə tam uyğundur.

Şənbə günü yayılan kommünikedə G7 liderləri müəyyən narahatlıqlarını Pekinə birbaşa ifadə edə bilmək üçün öz milli maraqlarına uyğun olaraq Çinlə konstruktiv və sabit əlaqələr qurmağa hazır olduqlarını bildiriblər.
G7 ölkələrinin başçıları Cənubi Çin və Şərqi Çin dənizlərindəki vəziyyətdən, o cümlədən oradakı status-kvonun birtərəfli qaydada dəyişdirilməsi cəhdlərindən narahat olduqlarını bildiriblər və Çinin regionun hərbiləşdirilməsinə yönəlmiş hərəkətlərinə qarşı olduqlarını bildiriblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO