Baxmut işğal olundu - Putin Priqojini təbrik etdi

Baxmut işğal olundu - Putin Priqojini təbrik etdi

Hazırda oxunan: Baxmut işğal olundu - Putin Priqojini təbrik etdi

137095

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Baxmutun “Vaqner” özəl hərbi təşkilat (rəhbəri Yevgeni Priqojindir) tərəfindən ələ keçirildiyini elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya rus mətbuatında yer alıb.

"Vaqner Cənub Qüvvələr Qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə Baxmut (Artemovsk) şəhərinin tutulması başa çatıb", - deyə nazirlik bildirib.

Vladimir Putin “Vaqner”i və Rusiya ordusunu Baxmutun tutulması münasibətilə təbrik edib.

Qeyd edilib ki, şəhərin alınması zamanı fərqlənənlərin hamısına dövlət mükafatları təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO