Ərdoğan suriyalı qaçqınlar HAQDA: “Ölkələrinə göndəriləcəklər” 

Ərdoğan suriyalı qaçqınlar HAQDA: “Ölkələrinə göndəriləcəklər” 

Hazırda oxunan: Ərdoğan suriyalı qaçqınlar HAQDA: “Ölkələrinə göndəriləcəklər” 

136949

Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə ölkədə yaşayan suriyalı qaçqınların taleyi barədə açıqlama verib. 

Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə CNN  telekanalına müsahibəsində danışıb. 

O qeyd edib ki, hazırda Suriyanın şimalında evlər tikilməkdədir: 

“Bu evlər niyə tikilir? Türkiyədəki qaçqınların öz torpaqlarına qayıtması üçün, bu proses artıq başlayıb. İndi biz yeni bir addım atırıq. Hətta 1 milyona yaxın qaçqının öz torpaqlarına qayıtması üçün Suriyada ev inşası ilə bağlı bəzi layihələr hazırladıq. Bunlar gözəl layihələrdir. Bu layihələrlə suriyalı qaçqınların geri qayıtmasını təmin edəcəyik. 
Layihəni elə hazırlamışıq ki, insanlar öz torpaqlarına sevə-sevə qayıtsınlar". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO