Ərdoğanın Sinan Oğanla görüşü BAŞA ÇATIB - YENİLƏNİB 

Ərdoğanın Sinan Oğanla görüşü BAŞA ÇATIB - YENİLƏNİB 

Hazırda oxunan: Ərdoğanın Sinan Oğanla görüşü BAŞA ÇATIB - YENİLƏNİB 

136906

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan arasında görüş başa çatıb. 

Bizim.Media xəbər verir ki, İstanbulda Dolmabağçadakı iş ofisində keçirilən görüş 50 dəqiqə davam edib.

Görüşdən sonra hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, Türkiyə Ali Seçki Komissiyası mayın 14-də keçirilmiş prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb.

Yekun nəticəyə əsasən, Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Muharrəm İncə isə 0,43 faiz səs qazanıb.

Namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Bu mərhələdə R.T.Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.

*** 18:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”partiyasının  prezident seçkilərində namizədi olmuş Sinan Oğan arasında görüş başlayıb. 

Bizim.Media xəbər verir ki, görüş İstanbulda Dolmabağça sarayında keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO