Türkiyədə prezident seçkilərinin I turunun nəticələri bu gün AÇIQLANACAQ 

Türkiyədə prezident seçkilərinin I turunun nəticələri bu gün AÇIQLANACAQ 

Hazırda oxunan: Türkiyədə prezident seçkilərinin I turunun nəticələri bu gün AÇIQLANACAQ 

136788

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkisi ikinci tura qalıb, qardaş ölkə mayın 28-də yenidən seçkiyə gedəcək. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçki təqvimində etirazların həlli üçün verilən müddət başa çatıb. Yekun nəticələr bu gün açıqlanacaq. 

Prezident seçkisinin ikinci turunda ilk səslər xaricdə və gömrük-keçid məntəqələrində veriləcək. 

Səsvermə mayın 20-də xaricdəki nümayəndəliklərdə başlayacaq və beş gün ərzində yekunlaşacaq. Xaricdə olan seçicilər mayın 28-i saat 17:00-dək gömrük-keçid məntəqələrində səs verə biləcəklər. 

Namizədlər - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Kemal Kılıçdaroğlu - birinci turda olduğu kimi, iki dəfə təbliğat xarakterli çıxışlar edəcəklər. 
Təbliğat mərhələsi mayın 27-si saat 18:00-da başa çatacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO