Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin rəhbəri Göydəniz Qəhərmanov turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı əlaqələrin formalaşdırılması məsələləri barədə Dominikan Respublikasının Türkiyədəki səfiri Elvis Alam ilə müzakirə aparıb.
ATAA-dan Bizim.Media-ya bildirilib ki, müzakirə zamanı Göydəniz Qəhrəmanov ilk olaraq səfirə Assosiasiyanın fəaliyyəti, ölkə turizminin bərpasında və inkişafındakı rolu, quruma üzv olan şirkətlərlə əməkdaşlıq imkanları haqqında məlumat verib.
Azərbaycanın həm gəlmə, həm də getmə turizmi ilə məşğul olan şirkətləri üçün yeni istiqamətlərin açılmasının vacibliyinə toxunan Assosiasiya sədri ATAA-nın pandemiyadan sonra ölkənin turizm baxımından cəlbediciliyinin artırılması, mövcud turizm destinasiyalarının və məhsullarının yeni turizm bazarlarında təşviqində maraqlı olduğunu bildirib.
Dominikan Respublikasının geniş turizm potensialına sahib olduğunu diqqətə çatdıran səfir Elvis Alam ada ölkəsində istirahət, eko və sağlamlıq turizminin geniş yayıldığını, əlverişli iqliminə görə il ərzində uzaq ölkələrdən belə böyük sayda turistin səfər etdiyini vurğulayıb.
Səfir ölkəsində fəaliyyət göstərən turoperatorlar və turizm şirkətləri ilə ATAA arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək göstərməyə hazır oluduğunu bildirib.
Görüş çərçivəsində birgə iş birliyinin formalaşdırılması, birbaşa aviauçuşların açılması, B2B formatlı görüşlərin keçirilməsi, tanıtım məqsədli qarşılıqlı infoturların təşkili, kombo turların hazırlanması, kommunikasiya əlaqələrinin inkişafı, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:26 / 19.05.2023
Azərbaycanla Dominikan arasında birbaşa uçuşların açılması təklif edilib
Hazırda oxunan: Azərbaycanla Dominikan arasında birbaşa uçuşların açılması təklif edilib
Hazırda oxunan: Azərbaycanla Dominikan arasında birbaşa uçuşların açılması təklif edilib
136758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.