ABŞ-dan Ermənistana TƏKLİF:

ABŞ-dan Ermənistana TƏKLİF: "Rusları ərazinizdən qovun, sizə kömək edək"

Hazırda oxunan: ABŞ-dan Ermənistana TƏKLİF: "Rusları ərazinizdən qovun, sizə kömək edək"

136427

ABŞ Ermənistana rusları ərazisindən qovmağı və təhlükəsizliyin təmin edilməsinə yardım etməyi təklif edib.

Bizim.Media xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Çarqrad" telekanalına müsahibəsində səsləndirib.

“Mən bilirəm ki, ABŞ ermənilərə (bizdə belə bir məlumat var) deyib ki,  rusları, onların sərhədçilərini ərazinizdən qovun,  hərbi bazanı çıxarın, qarşılığında təhlükəsizliyinə kömək edək. Açıq şəkildə  təxribatdır. Bu, ümumiyyətlə diplomatiya hesab edilmir", deyə Rusiya XİN rəhbəri bildirib.

“2022-ci ilin payızında KTMT-nin İrəvanda keçiriləcək sammiti üçün erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçi missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə dair sənəd hazırlanmışdı. Əgər İrəvan həmin sənədi təsdiqləsəydi, vəziyyət sabitləşəcəkdi. İndiyədək o sənəd kağız şəklində qalıb, həyata keçirilmir", deyə o, əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO