Hind okeanında Çin gəmisi batdı - 39 nəfər itkin düşdü

Hind okeanında Çin gəmisi batdı - 39 nəfər itkin düşdü

Hazırda oxunan: Hind okeanında Çin gəmisi batdı - 39 nəfər itkin düşdü

136405

Çinə məxsus balıqçı gəmisi Hind okeanında batıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Nəticədə 39 ekipaj üzvü ilə əlaqə itib.

Gəmidə 17 Çin, 17 İndoneziya və 5 Filippin vətəndaşı olub. Telekanaldan verilən məlumata görə, onların hamısı itkin düşənlər siyahısındadır, axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisədən sonra Çin rəhbəri Si Cinpin qəza yerinə əlavə xilasedici qüvvələrin göndərilməsi və beynəlxalq axtarış-xilasetmə işlərinin əlaqələndirilməsi barədə göstəriş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO