Türkiyədə mayın 28-nə təyin edilən prezident seçkilərinin ikinci turu çərçivəsində dünyanın 73 ölkəsində səsvermə prosesi təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində bildirib.
Məlumata əsasən, mayın 20-dən etibarən xaricdəki 167 yerdə Türkiyənin 151 nümayəndəliyi tərəfindən seçki məntəqələri açılacaq. Keçid məntəqələrində səsvermə mayın 20-dən mayın 28-dək davam edəcək.
Xaricdə yaşayan Türkiyə vətəndaşları səsvermənin tarixini, vaxtını və ünvanlarını ölkənin Ali Seçki Şurasının “ysk.gov.tr” saytından öyrənə biləcəklər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:19 / 17.05.2023
Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə 73 ölkədə keçiriləcək
Hazırda oxunan: Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə 73 ölkədə keçiriləcək
Hazırda oxunan: Türkiyədə prezident seçkilərinin ikinci turunda səsvermə 73 ölkədə keçiriləcək
136385
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.