Blinken: \

Blinken: \"Rusiya terrorizmə sponsorluq edən dövlət kimi tanına bilər\"

Hazırda oxunan: Blinken: \"Rusiya terrorizmə sponsorluq edən dövlət kimi tanına bilər\"

136381

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmasını istisna etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə "kommersant.ru" saytı yazıb. 

Mənbə xatırladır ki, o, bir müddət öncə Rusiyanın müvafiq siyahıya salınmasının arzuolunmaz nəticələrə səbəb ola biləcəyini demişdi.

ABŞ Senatının Təxsisatlar Komitəsində dinləmələr zamanı Blinkenə belə bir sual verilib:

“Siz Rusiyanı heç vaxt terrorizmi himayə edən ölkələr siyahısına daxil etməyəcəksiniz?”. 

"Heç vaxt heç vaxt demə" deyə siyasətsi cavab verib.

ABŞ-da yalnız Dövlət Departamenti ölkələri terrorizmin sponsorları siyahısına sala bilər. Əvvəllər Entoni Blinken taxıl müqaviləsinə görə bundan imtina etmişdi.

ABŞ Konqresi Blinkeni bu qərarı qəbul etməyə çağırıb və senatorlar müvafiq qanun layihəsini parlamentə təqdim ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO