Moderator.az Life.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə ölkənin Silahlı Qüvvələrinə daxil ediləcək yeni hərbi texnikalarla tanış olub. Dövlət başçısını hərbi texnikalarla general Aleksandr Şevçenko tanış edib.
Putin üzərində iriçaplı pulemyot quraşdırılması mümkün olan yeni UAZ markalı ciplə tanış edərkən maraqlı hadisə baş verib. Putin UAZ-ın qapısını açmaq istəyərkən qapı birdən kilidlənib. Putin özü qapını açmağa cəhd etsə də, buna nail ola bilməyib. Bu zaman general A.Şevçenko ona yardıma gəlib. General da uğursuzluğa düçar olub və qapını aça bilməyib. General qapıya necə gec gəlibsə qapının dəstəyi qırılıb.
Bu vəziyyətə Putin generala “çox sağ ol”x9d (malades) deyərək gülümsəyib.
Mütəxəssislər isə deyib ki, UAZ-ın mühərriki işə düşmədiyindən qapının kilidi avtomatik olaraq bloka düşüb.

































































































