Baxçalı: “Türk milləti bütün dünyaya demokratiya dərsi keçdi”

Baxçalı: “Türk milləti bütün dünyaya demokratiya dərsi keçdi”

Hazırda oxunan: Baxçalı: “Türk milləti bütün dünyaya demokratiya dərsi keçdi”

136139

“2023-cü il mayın 14-də daxili və beynəlxalq seçki dairələrində keçirilən Prezident və 28-ci Dövr parlament seçkiləri Türkiyə siyasəti və demokratiyası baxımından tarixi xarakter daşıyır”. 

Bizim.Media xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı prezident və 28-ci dönəm parlament seçkilərinin nəticələri ilə bağlı yazılı açıqlamasında deyib. 

Baxşalı qeyd edib ki, türk xalqı seçkilərdə iradə azadlığını qoruyub:  

“Bu çərçivədə türk milləti bütün dünyaya demokratiya dərsi verib, haqsız iddiaları, nalayiq eyhamları, əsassız ittihamları iflasa uğratmışdır”. 

Seçkilərin şəffaf, dürüst və hüquqi çərçivədə keçirildiyini bildirən siyasətçi Türkiyənin qabaqcıl və yüksək demokratiya standartlarına çatdığının, qərəzsiz və hər kəslə ittifaqa getdiyinin bir həqiqət kimi ortaya çıxdığını vurğulayıb: 
Türk milləti yeni əsrə olan iradəsini, arzularını seçki qutusuna əks etdirdi. Bütün siyasi partiya və ittifaqların millətin təcəlli iradəsinə hörmətlə yanaşması qaçılmaz bir zərurətdir. Təbii ki, sevimli xalqımız öz danılmaz hökmünü verib. 

“Türk milləti 28 May 2023-cü ildə keçiriləcək prezident seçkilərində sabitliyi, müstəqilliyi və gələcəyi dəstəkləyəcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO