Lukaşenko ÜZƏ ÇIXDI: Yenə əlində sarğı ilə - FOTO/VİDEO

Lukaşenko ÜZƏ ÇIXDI: Yenə əlində sarğı ilə - FOTO/VİDEO

Hazırda oxunan: Lukaşenko ÜZƏ ÇIXDI: Yenə əlində sarğı ilə - FOTO/VİDEO

136131

Belarus Prezidenti Aleksandr Lukaşenk mayın 9-dan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Belarus rəhbərinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib  ki, o, bu gün Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının mərkəzi komanda məntəqəsinə baş çəkəcək və hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi tapşırıqlarının təşkili və icrası ilə bağlı məruzəni dinləyəcək. 

Görüntülərdə Lukaşenkonun sol əlində yenə sarğının olması diqqətdən qaçmayıb.

Xatırladaq ki, Belarus prezidenti sonuncu dəfə mayın 9-da Moskvada keçirilən Qələbə Paradında ictimaiyyət qarşısına çıxıb. 

Sonra jurnalistlər Aleksandr Lukaşenkoda nəyinsə baş verdiyini hiss ediblər. O, yorğun görünüb, Qırmızı Meydanda 300 metr məsafəni belə gedə bilməyib, elektromobilə minib. 

Həmçinin onun əlində sarğı olub, Vladimir Putin və Moskvaya gələn digər prezidentlərlə nahar etməyib. Dövlət Dumasının MDB işləri üzrə Komitə rəhbərinin birinci müavini, ermənipərəst siyasətçi Konstantin Zatulin “Podyom”a Lukaşenkonun xəstə olduğunu təsdiqləyib, lakin detalları açıqlamayıb. 

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO