Lukaşenko rəsmi tədbirlərdə niyə görünmür?

Lukaşenko rəsmi tədbirlərdə niyə görünmür?

Hazırda oxunan: Lukaşenko rəsmi tədbirlərdə niyə görünmür?

136069

Belarus lideri Aleksandr Lukaşenko "Dövlət Bayrağı, Gerbi və Himni" Günündə ictimaiyyət qarşısına çıxmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Belarusun bir sıra nəşrləri yazıb.

Həmin tədbirlə bağlı Lukaşenkonun təbriki prezidentin saytında dərc edilib. Bayram mərasimində həmin mətni baş nazir Roman Qolovçenko oxuyub.
"Spektr" nəşri qeyd edir ki, son iki ildə Lukaşenko oxşar bayramda şəxsən çıxış edib. Əvvəllər bu bayram “Dövlət Gerbi və Dövlət Bayrağı Günü” adlanırdısa, aprelin 12-də "Himn" sözü də əlavə edilib.

Xatırladaq ki, Belarus prezidenti sonuncu dəfə mayın 9-da Moskvada keçirilən Qələbə Paradında ictimaiyyət qarşısına çıxıb.

Sonra jurnalistlər Aleksandr Lukaşenkoda nəyinsə baş verdiyini hiss ediblər. O, yorğun görünüb, Qırmızı Meydanda 300 metr məsafəni belə gedə bilməyib, elektromobilə minib.

Həmçinin onun əlində sarğı olub, Vladimir Putin və Moskvaya gələn digər prezidentlərlə nahar etməyib.

Dövlət Dumasının MDB işləri üzrə Komitə rəhbərinin birinci müavini, ermənipərəst siyasətçi Konstantin Zatulin “Podyom”a Lukaşenkonun xəstə olduğunu təsdiqləyib, lakin detalları açıqlamayıb.
“O, sadəcə xəstədir. Hətta bu halda Moskvaya gəlməyi özünə borc bilib, sonra həmin axşam Minskdə tədbirlər keçirib. Yəqin ki, bir az istirahətə ehtiyacı var", deyə Zatulin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO