Corc Sorosun ölüm xəbəri YAYILDI

Corc Sorosun ölüm xəbəri YAYILDI

Hazırda oxunan: Corc Sorosun ölüm xəbəri YAYILDI

136000

Adı dünyada bir çox sui-qəsdlərdə və narıncı inqilablarda hallanan amerikalı maliyyə eksperti Corc Soros 92 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Worldbulletin.net (//www.worldbulletin.net/world/george-soros-dead-h215806.html) nəşrində yer alıb.
Mənbə onun infarktdan öldüyünü yazıb. 

Qeyd edək ki, Corc Soros macar əsilli amerikalı investor, iş adamı və dünya inqilablarının əsas maliyyəçisidir. 

O, 1930-cu il avqustun 12-də Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Yəhudi olduğu üçün İkinci Dünya Müharibəsi zamanı ailəsi ilə birlikdə Macarıstandan qaçaraq İngiltərədə məskunlaşıb. Orada  London İqtisadiyyat və Maliyyə Məktəbində PhD dərəcəsi alıb.
Soros maliyyə bazarlarında və investisiya strategiyalarında inanılmaz uğurları ilə tanınır. O, Soros Fondu İdarə Heyətinin təsisçisi və keçmiş sədridir. İqtisadçı 1992-ci ildə çökən Britaniya funt sterlinqinə qarşı spekulyativ pul qazanması ilə şöhrət qazanıb.

Corc Soros həm də sosial və siyasi məsələlərə marağı ilə tanınır. 

Bir xeyriyyəçi kimi o, bütün dünyada demokratiya “ideallarını” dəstəkləyən təşkilatlara milyardlarla dollar ianə edib.

Soros Açıq Cəmiyyət Fondu adlı şəbəkə yaradıb və bu fondlar vasitəsilə təhsil, səhiyyə, insan haqları və demokratiya sahələrində layihələrə dəstək verib. O, həm də ABŞ-ın daxili siyasətində nüfuzlu fiqurdur və müxtəlif siyasi kampaniyalara maliyyə dəstəyi göstərib. Əvvəllər Trampdan Sorosun terrorçu kimi tanınması istənilib. Bununla bağlı petisiya 60 mindən çox imza toplayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO