Hindistan 1,4 milyard dollarlıq metamfetamin daşıyan gəmini saxladı

Hindistan 1,4 milyard dollarlıq metamfetamin daşıyan gəmini saxladı

Hazırda oxunan: Hindistan 1,4 milyard dollarlıq metamfetamin daşıyan gəmini saxladı

135980

Hindistanın hüquq-mühafizə orqanları 1,4 milyard dollar dəyərində 2,5 ton metamfetamin daşıyan gəmini saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Economic Times”a məlumat verib.

Qeyd olunur ki, qadağan olunmuş maddə ölkənin Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilən Samudraqupt əməliyyatı zamanı ələ keçirilib.

Eyni zamanda yükün 134 kisələyə yığıldığı və Hindistan, Şri-Lanka və Maldiv adalarında satış üçün nəzərdə tutulduğu bildirilir.

Əməliyyat çərçivəsində ümumilikdə 3,2 tona yaxın metamfetamin, 500 kq heroin və 529 kq həşişin saxlanıldığı dəqiqləşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO