Dubayda özünü idarə edən elektrikli qayığın sınaqlarına başlanıldı

Dubayda özünü idarə edən elektrikli qayığın sınaqlarına başlanıldı

Hazırda oxunan: Dubayda özünü idarə edən elektrikli qayığın sınaqlarına başlanıldı

135952

Dubay hakimiyyəti elektrik enerjisi ilə işləyən avtonom qayığın sınaqlarına başlayıb. Yeni qayıq saatda 13 kilometr sürət yığa bilir və ənənəvi üslubda hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

"Dubayın Yollar və Nəqliyyat İdarəsi səkkiz nəfəri daşıya bilən "ilk pilotsuz elektrikli qayığın” sınaqlarına başlayıb. Qayıq idarənin Əl Qarhuddakı dəniz nəqliyyatının texniki xidmət mərkəzində istehsal edilib”, - deyə vurğulanıb.
Yollar və Nəqliyyat İdarəsinin baş direktoru və Direktorlar Şurasının sədri Mattar əl-Tayer bildirib ki, qayıq dizellə işləyən modellərlə müqayisədə sıfır emissiyaya malikdir, səs-küysüzdür, eyni zamanda, qənaətcildir.

Özünü idarə edən qayıq maksimum 13 kilometr/saat sürət yığmasına imkan verən iki elektrik mühərriki, həmçinin yeddi saat işləməyi təmin edən dörd litium batareyası ilə təchiz edilib.

Qayıq dalğaları və küləkləri nəzərə almaqla avtonom idarəetmə sistemi ilə təchiz olunub. Bununla belə, qayıqda hələ də sistemin işinə nəzarət edən və lazım gəldikdə idarəetməyə müdaxilə edən kapitan da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO