İrəvanın mərkəzində atışma: 4 gənc tutuldu

İrəvanın mərkəzində atışma: 4 gənc tutuldu

Hazırda oxunan: İrəvanın mərkəzində atışma: 4 gənc tutuldu

135897

İrəvanın mərkəzində dava düşüb, nəticədə atışma meydana gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Shamshyan.com kriminal saytı yayıb.

Mənbənin sözlərinə görə, ötən gün saat 23:30-da polisə Əmiryan və Zəkyan küçələrinin kəsişməsində atəş açıldığı barədə məlumat daxil olub.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 1 ədəd qaz patronu, 2 ədəd patron, 1 bıçaq və sınmış pivə şüşələri aşkar ediblər.

Polis əməkdaşları, həmçinin 4 gənc Gümrü sakinini saxlayıb idarəyə gətiriblər.

Hadisənin təfərrüatları araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO