Türkiyədə səs vermə günü üçün əsas qadağaların siyahısı açıqlanıb.
Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Ali Seçki Şurası (YSK) tərəfindən bildirilib.
- Seçki günü saat 06.00-dan 24.00-dək spirtli içkilərin satışı qadağan ediləcək.
- Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan şəxslərdən başqa heç kim silah gəzdirə bilməyəcək.
- Seçki günü qəhvəxana, internet kafe kimi bütün ictimai əyləncə yerləri bağlı olacaq.
- Əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər.
- Seçki günü saat 18:00-a kimi toyların keçirilməsi qadağandır.
- YSK-nın qərarlarına əsasən, saat 18:00-a qədər mətbuatda seçkilər və onların nəticələri ilə bağlı proqnoz və şərh vermək qadağan olunacaq.
- Saat 18.00-21.00 arasında YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər dərc olunacaq.
- Saat 21:00-dan sonra bütün yayımlar pulsuz olacaq, YSK bu vaxtı daha erkən təyin edə biləcək.
- Prezident seçkiləri ikinci tura keçərsə, mayın 28-də də eyni müddəalar tətbiq olunacaq.
Səs verə bilməyən şəxslər aşağıdakılardır:
- Hərbi təhsil müəssisələrinin tələbələri;
- Penitensiar müəssisələrdə olan məhkumlar;
Bizim.Media