“Fransa Azərbaycana qarşı proksi müharibəyə başlayıb” - VİDEO

“Fransa Azərbaycana qarşı proksi müharibəyə başlayıb” - VİDEO

Hazırda oxunan: “Fransa Azərbaycana qarşı proksi müharibəyə başlayıb” - VİDEO

135792

Ermənistan silahlı qüvvələri hücum və kəşfiyyat PUA-larını idarə etmək üçün mərkəz kimi mülki avtomobildən istifadə edirlər.

Bizim.Media xəbər verir ki, bu, “Caliber”in əldə etdiyi kadrlarda görünür.

Kadrlarda əks olunan avtomobil mayın 12-də erməni hərbi təxribatının qarşısı alınarkən məhv edilib. Görüntülərdə partlayışdan sonra avtomobildən sürünərək uzaqlaşan qara gödəkçəli mülki geyimli adam görünür.
Partlayış yerindən təşviş içində qaçan iki uniformalı erməni hərbçisindən fərqli olaraq, qara gödəkçəli şəxs təmkin və peşəkar bacarıq nümayiş etdirir. Onun davranışlarında NATO standartlarına uyğun yüksək hazırlıq hiss etmək olar.

“Caliber”in əldə etdiyi məlumata görə, söhbət erməni hərbçilərinə PUA-lara kəşfiyyat və hücuma nəzarət etməyi öyrədən fransız hərbi təlimatçıdan gedir.

Üstəlik, NATO hazırlığı olan bu cür “mülki” mütəxəssisin erməni hərbçilərinə yardım etməsi tək fakt deyil. Oxşar siqnallar şərti sərhədin digər hissələrindən də alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO