Ərdoğandan xəbərdarlıq:

Ərdoğandan xəbərdarlıq: "Bu sistem çökəcək"

Hazırda oxunan: Ərdoğandan xəbərdarlıq: "Bu sistem çökəcək"

135765
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanın taleyini həlledir. Bu, ədalətsizlikdir. Müsəlmanların burada bir üzvü belə yoxdur. 
 
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
Ərdoğan Qərbin Türkiyəni İŞİD-lə mübarizədə tək qoyduğunu bildirib:
 
"Qanlı diktatorlardan və terror təşkilatlarından qaçan miqrantların üzünə qapılar bağlanır.  İŞİD-lə mübarizədə bizi tək qoydular. İŞİD-lə mübarizə apardıqlarını deyənlər bizim qədər itkilər verməyib.  Ankara terroru ilə Brüssel hücumlarına verilən reaksiya ədalətsizliyi açıq şəkildə göstərir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanın taleyini həll edir. Bu, ədalətsizlikdir. Müsəlmanların burada bir üzvü belə yoxdur. BMT Təhlükəsizlik Şurasından necə ədalət gözləyirsiniz? Həzrəti Ömər "mülkün əsası ədalətdir", - deyirdi. Bəziləri bunu mal-mülk mənasında anlayır. Lakin bu ifadə dövlət deməkdir. Yəni dövlətin əsası ədalətdir. Əgər ədalət yoxdursa, o, uzun müddət ayaqda qala bilməz. Bu əyri sistem gec-tez çökəcək. Öz mənfəətləri üçün hər cür haqsızlığa göz yumanlar bir gün ədalətə və mərhəmətə möhtac qalacaq".(Axar.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO