Ərdoğanın Azərbaycanla bağlı suala möhtəşəm cavabı – VİDEO 

Ərdoğanın Azərbaycanla bağlı suala möhtəşəm cavabı – VİDEO 

Hazırda oxunan: Ərdoğanın Azərbaycanla bağlı suala möhtəşəm cavabı – VİDEO 

135743

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdğan qarşıdakı seçkilərlə bağlı sualları cavablandırıb.

Bizim.Media xəbər verir ki, döblət başçısı Dolmabahçe Sarayında 14 telekanala müsahibə verib.

Prezident jurnalistin CHP lideri Kamal Kılıçdaroğlunun Azərbaycandan və Zəngəzur dəhlizindən yan keçəcək “Yeni Orta Doğu” projesi ilə bağlı sualına cavab verib.

Ərdoğan deyib:

“Bu adam cahildir. CHP-nin 1945-ci ildə yüzlərlə qardaşımızın Boraltan körpüsündə Stalin Rusiyasına təslim edərək bizə yaşatdığı utancı biz Qarabağ savaşında silib atdıq. Kamal bəy yenə bu millətə bir utanc yaşatmaq istəyir, azərbaycanlı qardaşlarımızı görməzdən gəlir. Azərbaycan və Türkiyə arasından qurduğumuz qardaşlığı kimsə poza bilməyəcək”. 

“Bay Kamalın əlindəki xəritənin nə olduğunu bilmirəm, amma biz Qars-Tbilisi-Bakı dəmir yolu ilə Azərbaycan üzərindən artıq dəmir İpək yolunu çəkmişik. Yazıq, sənin bundan xəbərin yoxdur. İki ildir ki, bu xəttlə Çinə yük qatarları göndəririk, gəlib-gedirlər, amma bilmirlər. Zəngəzur dəhlizi işə düşəndə İpək Dəmir yolunun da daxil olduğu orta dəhlizə yeni nəfəs veriləcək. Bunu da bil Kılıçdaroğlu. Bu səbəbdən Naxçıvanı Azərbaycana, dolayısıyla Türkiyəni Azərbaycana birləşdirəcək Zəngəzur dəhlizinə böyük əhəmiyyət veririk. Bay Kamalın ağlı bu işlərə yetmir.
Çünki o, xarici siyasətin nə olduğunu, qardaşlığın qanununun nə olduğunu, bölgənin balanslarının nə olduğunu bilmir. Milli təhlükəsizliyin nə olduğunu bilmir, terror təşkilatları ilə bir yolla gedir. Onlar siyasətin nə olduğunu bilmirlər. İllər əvvəl həyata keçirdiyimiz işləri “layihə” kimi qələmə verməyə çalışırlar. Ağlına gələni, ona veriləni oxumaqla bu ölkənin idarəçiliyinə can atmaq olmaz. Qardaşım Əliyev çox gözəl dedi ki, Azərbaycanı regiondan çıxarmaq istəyənlərin həvəsləri qursağında qalacaq. Azərbaycanla qardaşlığımıza xələl gətirəcək heç bir layihəyə millətim icazə verməz. Mənim millətim bu fürsəti bay, bay Kamala verməz".

Qeyd edək ki, “Millət İttifaqı”ndan Türkiyə prezidentliyinə namizəd olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ötən həftə “Həyatının ən böyük layihəsini” açıqlayıb.

Kılıçdaroğlunun sözlərinə görə, onun layihəsi Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutur.

Sözügedən layihədə kommunikasiya xətlərinin Azərbaycandan deyil, İrandan keçməsi planlaşdırılır.

Həmin videogörüntünü təqdim edirik:



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO