BAMF-ın tərəfdaşı Heidi Kühn “Ümumdünya Ərzaq Mükafatı”nın laureatı oldu

BAMF-ın tərəfdaşı Heidi Kühn “Ümumdünya Ərzaq Mükafatı”nın laureatı oldu

Hazırda oxunan: BAMF-ın tərəfdaşı Heidi Kühn “Ümumdünya Ərzaq Mükafatı”nın laureatı oldu

135522

Azərbaycanda səfərdə olan “Sülhün Kökləri” (“Roots of Peace”) təşkilatının rəhbəri Heidi Kuhn “Dünya Ərzaq Mükafatı” laureatı qalibi olub. 

Bizim.Media xəbər verir ki, 9-13 may tarixlərində Azərbaycanda səfərdə olan “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn “Dünya Ərzaq Mükafatı” laureatı elan edilib. 

“Dünya Ərzaq Mükafatı 2023” (“The 2023 World Food Prize”) qalibi ABŞ Dövlət Departamenti Akademiyasında təqdim edilib. Tədbirdə ABŞ Dövlət Departamentin Katibi Antoni Blinken çıxış edib.  

Qeyd edək ki, 1986-cı ildən bugünədək hər il keçirilən mükafatlandırma mərasimində irqindən, dinindən, milliyyətindən və ya siyasi əqidəsindən asılı olmayaraq, dünyada qidanın keyfiyyətini, kəmiyyətini və ya mövcudluğunu yaxşılaşdırmaqla insanlığın inkişafına dəstək göstərmiş şəxslər “Dünya Ərzaq Mükafatı” ilə təltif edilir. 

Xanım Heidi iyirmi ildən artıqdır ki, dünyanın müxtəlif yerlərində müharibənin təsirindən zərər çəkmiş bölgələrdə yaşayan bir milyondan çox insana kənd təsərrüfatı vasitəsilə sülh və firavanlığı bərpa etmək üçün fəaliyyət göstərib. 
Artıq 2-ci dəfə ölkəmizdə səfərdə olan təşkilat rəhbərinin kənd təsərrüfatına dəstək məqsədilə “Minalardan Üzümlüyə” (“Mines to Vines”) adlı təşəbbüsü ilə minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO