Ermənilər İsraili nasist Almaniyası ilə eyniləşdirdi

Ermənilər İsraili nasist Almaniyası ilə eyniləşdirdi

Hazırda oxunan: Ermənilər İsraili nasist Almaniyası ilə eyniləşdirdi

1354

Los-Ancelesdə erməni lobbisinin İsraili nasist Almaniyası ilə eyniləşdirməsi ilə bağlı Bakı Şəhəri Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin yazdığı məqalə 22 oktyabr tarixində ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr edilən “Jewish Journal” da dərc olunub.

Bu barədə Bizim.Media -ya ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Qeyd olunub ki, İsrailin Azərbaycana dəstəyinə etiraz olaraq Los Ancelesdəki erməni lobbisi ötən həftə İsrail Baş Konsulluğu qarşısında mitinq keçirib. Həmin mitinqdə İsrailə ünvanlı “Sizin nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarı səsləndirilib.

ABŞ-ın ən böyük yəhudi təşkilatlarından olan və 400 min insanı özündə birləşdirən Simon Vizental Mərkəzi (Simon Wiesenthal Center) Milix Yevdayevin məqaləsini öz “Twitter” hesabından paylaşaraq, radikal erməni lobbisinin İsraili Nasist Almaniyası ilə eyniləşdirmək cəhdini iyrənc adlandırıb.

Xatırladaq ki, M.Yevdayev məqaləsində Ermənistandakı anti-semitizmin baş alıb getdiyini, nüfuzlu “Anti-Defamation League” yəhudi təşkilatının araşdırmasına əsasən Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü ən anti-semit ölkə olduğunu dilə gətirir.

Müəllif bundan başqa Ermənistanın İkinci Dünya Müharibəsi illərində nasist Almaniyası ilə əməkdaşlıq etmiş erməni general Qaregin Njdeni milli qəhrəman səviyyəsinə qaldırdığını, ona Yerevanda heykəl ucaltdığını və nasistlərə xidmət etmiş digər bir erməni general Drastamat Kanayanın adının da dövlət səviyyəsində əbədiləşdirildiyini qeyd edir.

M.Yevdayev eyni zamanda bir neçə gün öncə Ermənistanın Almaniyanın “Almaniya üçün Alternativ” (Alternative für Deutschland) partiyasının neo-nasist üzvlərini Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO