Rusiyanın Vorkuta şəhəri viran qaldı - FOTOLAR

Rusiyanın Vorkuta şəhəri viran qaldı - FOTOLAR

Hazırda oxunan: Rusiyanın Vorkuta şəhəri viran qaldı - FOTOLAR

13534

Bir zamanlar işgüzar həyatı olan Şimal zolağının ən qaynar şəhərlərindən biri, Vorkuta indi soyuq səssizliyə bürünüb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Vorkuta şəhəri Antraktit dairənin 150 kilometrliyində yerləşir.

Əsas gəlir mənbəyi mədənçilik olan bu şəhər Sovet İttifaqının dağılmasından sonra, bölgədəki təsərrüfatsızlıq, işsizlik və soyuq hava səbəbindən boşalmağa məruz qalıb. 

Vorkuta şəhərini, ətrafındakı qəsəbələrin də boşalması ilə son 30 ildə əhalinin üçdə iki hissəsi tərk edib. Son aylarda Vorkutada havanın temperaturu mənfi 50 dərəcəyə qədər düşüb.

O üzdən şəhərdə qalan bir neçə yüz insan da hər şeyini qar-borana buraxaraq bölgədən uzaqlaşıb. 

Hal-hazırda bu şəhər və şəhərətrafı qəsəbələr buzlu səhraya çevrilib. 

İndi Vorkutanı ziyarət etməyə gələn ancaq bloqqerlər, məqsədli turislər və jurnalistlərdir. Onlar isə öz foto-kameralarına bu şəhərin donmuş cizgilərini əks etdirmək üşün gəlirlər. 

Xatırladaq ki, son illərdə Vorkuta Google Street View istifadəçiləri tərəfindən dünyanın ən acınacaqlı şəhəri olaraq təyin olunub.

Gül Qədirli, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO