Putinin köməkçisi: “Heydər Əliyev üçün vacib olan insan faktoru idi” – VİDEO  

Putinin köməkçisi: “Heydər Əliyev üçün vacib olan insan faktoru idi” – VİDEO  

Hazırda oxunan: Putinin köməkçisi: “Heydər Əliyev üçün vacib olan insan faktoru idi” – VİDEO  

135271

“Heydər Əliyev SSRİ hökumətində və Sov. İKP MK Siyasi Bürosunda əsasən tikintiyə cavabdeh idi. Onunla Baykal-Amur Magistralının şərq hissəsində tanış olmuşam. Mən o zaman dəmiryol vağzalının hərbi komendantı idim.  

Heydər Əliyev kilometrlərdən, kilotonlardan və kubmetrlərdən daha öncə, insanların necə yaşadığı ilə maraqlanırdı. Onların nə yedikləri, evlərində istiliyin olub-olmaması, uşaqların məktəbə getməsində problemin olub-olmamasına qədər hər şeylə maraqlanırdı. Bir sözlə, Heydər Əliyev üçün əsas insan faktoru idi”. 

Bizim.Media xəbər verir ki, bunu “Moskva-Baku.ru”-ya açıqlamasında Rusiya Prezidentinin köməkçisi İqor Levitin deyib. 

O əlavə edib ki, Heydər Əliyev kimi miqyaslı lider üçün ilk növbədə insanların, onların həyat tərzinin önəmli olduğunu heç vaxt unutmur: 

“Bundan sonra görülən işin nəticələri gəlirdi. Həmişə ütülü və səliqəli geyinər, ətrafındakılarla çox nəzakətlə davranar  və sifətində xəfif təbəssüm olardı. Bunlar təbii ki, lider üçün çox vacib xüsusiyyətlərdir. O, təkcə BAM-ı tikməyib. Digər məsələlərlə də məşğul olurdu.  

Amma bir həqiqəti deyim ki, BAM-ın tikintisinə İkinci Dünya Müharibəsindən əvvəl başlanılsa da bürokratik əngəllərə və məsuliyyətsizliyə görə magistralın istifadəyə verilməsi 40 il uzandı.

Lakin, Heydər Əliyevin biləvasitə rəhbərliyi ilə dünyanın ən uzun magistralının inşaası uğurla başa çatdırıldı. Bu yol olmasaydı, bu gün Şərqə gedə bilməzdik.  

Çünki o, böyük strateq idi. O, bunun edilməli olduğunu sübut etdi və bu nəhəng layihəninin tikintisini uğurla başa çatdırdı. Bu gün mən bu dahi şəxsiyyəti ehtiramla xatırlayıram”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO