Arazın suyunun Ermənistan tərəfindən çirkləndirilməsi təsdiqini tapdı

Arazın suyunun Ermənistan tərəfindən çirkləndirilməsi təsdiqini tapdı

Hazırda oxunan: Arazın suyunun Ermənistan tərəfindən çirkləndirilməsi təsdiqini tapdı

135257

"Arazın suyunun Ermənistan tərəfindən çirkləndirilməsi təsdiqini tapıb" 

Bizim.Media xəbər verir ki, bu barədə İranın Enerji Nazirliyinin Su Sənayesi Təşkilatının sözçüsü Firuz Qasımzadə İLNA-ya müsahibəsində Araz çayının Ermənistanın sənaye tullantıları ilə çirklənməsi və bunun çaya yaxın əyalətlərə mənfi təsiri haqqında danışarkən deyib. 

“Bu problem uzun illərə dayanır və İran təxminən 10 il əvvəl Ermənistanla ciddi danışıqlar aparıb. İndi məsələ Ətraf Mühitin Mühafizəsi Təşkilatı tərəfindən araşdırılır” – o bildirib. 
O deyib ki, aparılan araşdırmalara görə, çayı çirkləndirən bəzi mədənlər müəyyən edilərək İranın Energetika Nazirliyi tərəfindən onlara baxış keçirilməsi üçün müraciət edilib.

Məsələyə artıq Ermənistan Prokurorluğu və Ekologiya Təşkilatı tərəfindən də baxılır: 

“İndi məsələ ciddi araşdırılır və Ətraf Mühitin Mühafizəsi Təşkilatı da problemin həlli üçün erməni tərəfi ilə danışıqlar aparır. Ermənistan hökuməti də əmin edib ki, buna mütləq nəzarət olunacaq və əgər hər hansı belə hallar varsa, müəyyən edilib qarşısı alınacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO