Ayda su tapıldı

Ayda su tapıldı

Hazırda oxunan: Ayda su tapıldı

1352

ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn təşkilatın Ayın Günəş tərəfindən işıqlandırılan səthində su aşkar edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb.

NASA rəhbərinin sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb.

"Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik", - Braydenstayn bildirib.

Cim Braydenst qeyd edib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir. Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO