Avropa İttifaqı (Aİ) Rusiyadan olan 12 şəxsə və bu ölkənin 3 KİV-nə Ukraynadakı müharibə ilə bağlı dezinformasiya yaydıqlarına görə, sanksiya tətbiq etməyi təklif edir.
Bizim.Media “EUobserver”ə istinadən xəbər verir ki, Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin fəxri sədri Sergey Karaqanov və “WarGonzo” layihəsinin hərbi müxbiri Semyon Peqov sanksiyalar siyahısına daxil edilə bilər.
Bundan əlavə, “Euobserver”in məlumatına görə, Aİ öz ərazisində “Oriental Review” portalını, həmçinin “RT Balkan” və “Tsargrad” telekanallarını yasaqlamaq niyyətindədir.
Qeyd olunub ki, Avropa Komissiyası (AK) Rusiyanın Xaricdə Yaşayan Həmvətənlərə Dəstək və Hüquqlarını Müdafiə Fonduna da sanksiyalar tətbiq etməyi təklif edir. Qara siyahıda Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğlu Artyomun da ola biləcəyi bildirilib.
Bizim.Media