Zelenski: “Aİ Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”

Zelenski: “Aİ Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”

Hazırda oxunan: Zelenski: “Aİ Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”

135148

“Avropa İttifaqı Ukraynaya 1 milyon artilleriya mərmisi verməyə hazırdır”. 

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə keçirdiyi brifinqdə deyib. 

“Ukrayna hər gün Rusiyanın təcavüzünə qarşı müdafiənin effektivliyini nümayiş etdirir. Terrorçuların hər vurulan raketi, əsgərlərimizin Rusiya hücumlarını dəf etməkdə əldə etdiyi hər bir uğur bizim bu təcavüzkarı məğlub edə biləcəyimizin sübutudur”, - o bildirib. 
V.Zelenski həmçinin qeyd edib ki, digər məsələlərlə yanaşı, AK rəhbəri ilə bu sursatların tədarükü və çatdırılmasının tezliyi məsələsini də müzakirə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO