Çavuşoğlu gələcək karyerasından danışdı

Çavuşoğlu gələcək karyerasından danışdı

Hazırda oxunan: Çavuşoğlu gələcək karyerasından danışdı

135009

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN TÜRK Xüsusi Xəbərlər Departamentinin rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb. 

Bizim.Media xəbər verir ki, o, ölkədə keçiriləcək seçkilərlə bağlı proqnoz verib. 

“Birinci turda proses başa çatacaq. 52-53 faiz arası səs gözləyirəm. İnşallah olacaq. Ədalət və İnkişaf Partiyasının parlamentdəki yerlərinin sayı 300-ü keçəcək. Cümhur İttifaqı olaraq isə daha çox yerimiz olacaq”, - deyə nazir bildirib. 

Çavuşoğlu gələcək karyerası barədə də danışıb:

“Mən həyatımda heç vaxt belə hesablar qurmamışam. Öncədən məqsədim siyasət aləminə daxil olmaq idi. Mən siyasətə gələndə deputat olmağı düşünürdüm, başqa niyyətim yox idi. Ölkəyə töhfə vermək kimi bir borcumuz varsa, onu hansı vəzifədə oluruqsa, edəcəyik”, - deyə XİN rəhbəri qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO