Rusiya Zaporojye vilayətində işğal etdiyi 18 kəndi boşaldır - Kreml nədən qorxur?

Rusiya Zaporojye vilayətində işğal etdiyi 18 kəndi boşaldır - Kreml nədən qorxur?

Hazırda oxunan: Rusiya Zaporojye vilayətində işğal etdiyi 18 kəndi boşaldır - Kreml nədən qorxur?

134945

Rusiya işğal altındakı Zaporojye Atom Elektrik Stansiyasının ətrafındakı 18 kənddən minlərlə dinc sakini təxliyə edir. Ukrayna artilleriyasının artan hücumlarını əsas gətirərək Rusiya yerli hakimiyyət orqanlarının göstərişi ilə yola çıxan minlərlə avtomobil kənd yollarında hərəkəti kəsib.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi nüvə qəzasının baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Qrossi işçilərin obyektdə olduğunu, lakin onların gələcəyi ilə bağlı "dərin narahatlıq keçirdiyi" qeyd edib:

"Elektrik stansiyasının yaxınlığındakı vəziyyət getdikcə gözlənilməz və potensial təhlükəli hala gəlir. Mən real nüvə təhlükəsizliyi riskindən son dərəcə narahatam. Ruslar zavoda xidmət edən personalın yaşadığı Enerqodar şəhərini boşaldırlar.
On minlərlə mülki şəxsin təkcə elektrik stansiyası ərazisindən deyil, bütün Zaporojye bölgəsindən Krıma və Rusiyaya daşınması üçün əməliyyat başlayıb. Müşahidəçilərimiz son vaxtlar elektrik stansiyasına gedərkən maneələrlə üzləşirlər. Elektrik stansiyasının ətrafında hər gün partlayan bomba səsləri eşidilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO