Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Putin İlham Əliyevi təbrik etdi

134910

Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümü münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinə, eləcə də Gürcüstan və Moldova xalqlarına təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb.

"Bu əlamətdar gündə biz döyüş meydanlarında misilsiz şücaətləri və arxa cəbhədə fədakar əməyi ilə nasist işğalçılarını darmadağın etməyə və öz doğma torpaqlarının azadlığını müdafiə etməyə imkan verən hər kəsə dərin hörmət və minnətdarlığımızı bildiririk", - Putinin müraciətində deyilir. 

Dövlət başçısı qeyd edib ki, “Böyük Qələbənin mənəvi irsi bundan sonra da ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmlənməsinə və səmərəli inkişafına öz töhfəsini verəcək”.

Putin Böyük Vətən Müharibəsinin bütün  veteranlarına və arxa cəbhədə çalışanlara səmimi təşəkkür sözlərini çatdırıb, onlara cansağlığı, xoş əhval-ruhiyyə, firavanlıq və uzun ömür arzulayıb.
“Bu gün bizim mənəvi borcumuz atalarımızın və babalarımızın vəsiyyət etdiyi dostluq və qarşılıqlı yardım ənənələrini müqəddəs şəkildə qorumaqdır”, mətndə bildirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO