Rusiya qüvvələri Ukraynanın Xerson vilayətinin kəndlərini atəşə tutması nəticəsində 1 qadın yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleksandr Prokudin Telegramda yazıb.
“Rusiya aviasiyası Kizomısı məhv etməyə davam edir. İdarə olunan bombaların beş zərbəsi qeydə alınıb. Zərbə nəticəsində qaz xəttinə və yerli sakinlərin təxminən 7 evi zədələnib, onlardan üçü tamamilə dağılıb. Dinc sakinlər zərər görməyib.
Həmçinin Yantarne kəndi yaxınlığında Rusiya artilleriyası zərbə endirib, nəticədə 62 yaşlı qadın yaralanıb”, - o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:51 / 07.05.2023
Rus ordusu Xerson vilayətini atəşə tutdu - Yaralanan var
Hazırda oxunan: Rus ordusu Xerson vilayətini atəşə tutdu - Yaralanan var
Hazırda oxunan: Rus ordusu Xerson vilayətini atəşə tutdu - Yaralanan var
134829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.